Sumqayıtda dairəvi yoldakı problem aradan qaldırıldı - YENİLƏNİB

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, şəhərin Ü.Hacıbəyov küçəsində yolun ortasına qoyulan ağac aidiyyəti qurumlar tərəfindən götürülüb.
11:58
Sumqayıtda ağac avtomobil yolunun hərəkət hissəsində “əkilib”.
Bu barədə foto sosial şəbəkədə paylaşılıb. Söhbət şəhərin “Şərq Bazarı” yaxınlığındakı Ü.Hacıbəyov küçəsindən gedir.
Belə ki, avtomobil yolunun ortasında lyukun ağzı açıq olub. Ötən gün həmin yerin üzəri örtülüb. Təmir olunan ərazinin quruması və nəqliyyat vasitələrinin üzərindən keçməməsi üçün lyukun içərisinə ağac qoyublar. Bu maraqlı addım isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a sözügedən ərazidə kanalizasiya baxış quyusunun sıradan çıxması səbəbilə təmir-bərpa işlərinin aparıldığı bildirilib:
“Ötən gün sözügedən ərazidə kanalizasiya xəttində baş verən qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur”.
Xatırladaq ki, bir müddət əvvəl şəhərin bu hissəsində kanalizasiya xəttində yaşanan problem səbəbindən küçələri su basmışdı.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!










