Sumqayıtda karantin rejiminə riayət edilməsi üçün tədbirlər davam etdirilir - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşınının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirirlər. Sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparır, sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılır.
Şəhər Polis İdarəsinin əməkdaşları təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankların qarşılarında yarana biləcək sıxlığı nəzərə alaraq həmin ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirirlər. İdarə əməkdaşları tərəfindən həmin ərazilərə sakinlərin rahatlığını təmin etmək məqsədi ilə sosial məsafə gözlənilməklə stullar düzülüb, hava şəraiti ilə əlaqədar mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilir.
Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 9 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.
Namiq Musayev

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












