Sumqayıtda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman əlindəki çantadan iki büküm ümumi çəkisi 1 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Məcid Şamilov narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxs göndərdiyini qeyd edib.
Faktla bağlı Məcid Şamilov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












