Sumqayıtdan gələn maşınlar da Bakıya buraxılmayacaq

Bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə icazə verilməyəcəyi barədə məlumat vermişdik.
Belə ki, rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da bu qadağa şamil olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: “Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var.
Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək”.
Kamran Əliyev əlavə edib ki, özü Bakıda yaşayıb maşını rayon qeydiyyatında olan şəxslərin də şəhərdə maşınla hərəkətinə məhdudiyyətlər yaranacaq: “10 və 90 dövlət qeydiyyat nişanı olan maşınların hərəkəti sərbəst olacaq. 99 nömrəli dövlət qeydiyyat nişanlı maşınların həm rayon, həm də Bakı qeydiyyatı var. Onların rayon qeydiyyatında olan hissəsinə də giriş qadağan olunacaq”.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












