Sürücüdən rəhbərliyə qəzəb dolu sözlər: “Bu avtobusu reysə buraxan hansı düşüncəylə yaşayır?” - VİDEO

Nazas halda işləyən avtobus avtomobil sürücüsünün qəzəbinə səbəb oldu.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən olay Masazır yolunda qeydə alınıb. Avtomobil sürücüsünün çəkərək paylaşdığı görüntüdən də aydın olduğu kimi 525 nömrəli avtobus tamamilə nasaz vəziyyətdə fəaliyyət göstərir. Belə ki, avtobusun sağ təkərlərinin yarasız vəziyyətə düşməsi onun əyilərək iki təkər üstündə getməsinə səbəb olub. Təhlükəli vəziyyətdə fəaliyyət göstərən avtobusa avtomobil sürücüsü öz sözlərini əsirgəməyib. Bu halda istifadəyə yararlı göstərilən avtobus rəhbərinə səslənən şikayətçi “And ola Allaha camaatın həyatı ilə oynayırlar. Bu avtobusu reysə buraxan hansı düşüncəyə xidmət edir? O ailəsini belə avtobusu mindirməz” deyə qəzəblənib. Daha sonra sərnişinlərin mövcud vəziyyəti normal qəbul edərək minmələrinə reaksiya bildirən şəxs “Qoyundular, biri demir ki, bu nə avtobusdur” deyə qeyd edib.
Qeyd edək ki, “Daewoo” markasına məxsus olan 525 nömrəli avtobus Masazır istiqamətində hərəkət edən sayılı nəqliyyat vasitələrindən biridir.
Nərmin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












