Sürücülər toyu yasa döndərdilər – 3 ölü, 5 yaralı - FOTOLAR

Göyçay rayonunda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saat 21.00 radələrində Bakı-Qazax magistral yolunun 190-cı km-də, yolun Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yerli sakin Aleksandr Xanbutovun idarə etdiyi «Mercedes» markalı 10 UG 540 dövlət nömrə nişanlı və "VAZ 21015" markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillərin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb. Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri gəlib. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılıb. Qəza yerinə, həmçinin Göyçay və İsmayıllıdan təcili yardım briqadaları cəlb olunub. Hazırda polis əməkdaşları hadisə yerində iş aparırlar. Qəzaya düşən maşınların hər ikisi toy mərasimlərindən qayıdırlarmış. Digər məlumata görə, toy karvanında olan "Mercedes" əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn "VAZ 21015"-lə toqquşub. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu



















