Sürücülərə xəbərdarlıq edildi: Yollar buz bağlaya bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.
Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər: “Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edərkən avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər. Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Həmin şəxslər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin”.
A.Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır: “ Hava şəraitinin axşama doğru dəyişməsi nəticəsində problemlər yarana bilər. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan bütün maşın - mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz-qum avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb. Hər hansısa yolda problem yaranarsa, agentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.
Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər. Əks halda, onların hərəkətində problemlər yarana bilər”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











