Sürücülərin iradı haqlıdır, yanacağın keyfiyyətində problem var – Elməddin Muradlı - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar Yasamal rayonu ərazisində tədbir keçirib. Tədbir zamanı bir sıra nəqliyyat vasitəsi saxlanılaraq ekoloji reydə cəlb edilib. Yoxlamalar zamanı bir sıra avtomobillərdən ətraf mühitə atılan qazların miqdarı yüksək olduğu üçün sürücülərlə maarifləndirici söhbət aparılıb. Bununla yanaşı, bəzi sürücülərə protokol tərtib edilib.
Avtosfer.az xəbər verir ki, “Təmiz hava aylığı” ilə bağlı keçirilən tədbirdə media nümayəndələri və nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib. Ekspert mətbuata keçirilən tədbirdə yaşananlar və sürücülərin fikirlərinə rəy bildirib. O qeyd edib ki, ekoloji reyddə cərimələnməyə çox da üstünlük verilmədi, daha çox maarifləndirici söhbətlər aparıldı:

“Normadan bir az artıq nəqliyyat vasitələrinin idarəçiləri cərimə olunmadı, onlara xəbərdarlıq edildi. Amma bəzi maşınlar olur ki, nəzərdə tutulan normanı çox keçir. Məsələn, nəzərdə tutulan norma 3,5-dirsə, avtomobildə bu göstərici 13-18 olur, bu da hədsiz dərəcədə çoxdur. Deməli, bu maşınlara texniki qulluq lazımi səviyyədə aparılmır və belə bir nəticə ortaya çıxır. Mən sürücülərə məsləhət görürəm ki, avtomobilə vaxtı-vaxtında qulluq etsinlər. Çünki o sürücü o avtomobili öz həyətinə, evinə sürüb aparanda, o maşından atılan zəhərli qaz onun yaxınlarına, ailəsinə ziyan edir. Bu məsələdə birmənalı olaraq məsuliyyət sürücülərin üzərindədir”.
Elməddin Muradlı onu da vurğulayıb ki, sürücülər avtomobilin sazlığı ilə bağlı bildirdikləri iradda da haqlıdırlarˆ
“Yanacağın keyfiyyəti ilə bağlı ciddi problemlər var. SOCAR-dan tutmuş digər yanacaqdoldurma məntəqələrini yoxlasaq, bu və digər formada problemlər çıxacaq. Yanacağın tərkibinə müxtəlif qatqılar əlavə edilir, tərkib dəyişir və nəticə etibarilə belə bir vəziyyət yaranır. Amma bəzən də ili köhnə avtomobil reydə cəlb edilir, yoxlama zamanı qazın miqdarı normadan da aşağı çıxır”.
Səfər
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












