Sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Böyükağa Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Böyükağa Kərimli Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir. O, Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Böyükağa Kərimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesin əvvəlində Böyükağa Kərimlinin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakim bildirib ki, cinayət işi üzrə ibtidai istintaq bu ilin mayın 19-da yekunlaşıb. Onun sözlərinə görə, həmin gün müstəntiqin təqdimatı ilə təqsirləndirilən şəxsin barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib: “Həmin qərardan təqsirləndirilən şəxsin şikayət vermək hüququ olub. Amma təqsirləndirilən şəxs qərardan şikayət verməyib və istintaq sənədləri ilə tanış olması, cinayət işinin məhkəməyə göndərilməsinə etiraz etməməsi ilə bağlı qeyd edib”.
Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyib.
Məhkəmə baxışı iyunun 8-nə təyin edilib.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












