Şuşada beynəlxalq elmi konfranslar keçiriləcək

“Şuşa İli” ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin təklifləri nəzərə alınmaqla, Tədbirlər planı hazırlanıb.
AMEA-dan Avtosfer.az-a verilən xəbərə görə, Tədbirlər planı AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur. Eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfranslar təşkil olunacaq. Qeyd edilib ki, Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf kəndlərin orta təhsil məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də il çərçivəsində qarşıda duran mühüm vəzifələrdəndir.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...












