Tacikistan MDB-də nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması layihəsinə başlayacaq

Tacikistan MDB-yə sədrliyi çərçivəsində Birlik məkanında əsas intermodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması Strategiyasının hazırlanması üzrə layihəyə başlamağı planlaşdırır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bu gün ölkəsinin 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş tədbirdə bildirib.
Səfir qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertizası cəlb olunacaq.
"Nəqliyyat istiqamətində biz avtomobil və dəmir yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, eləcə də istismarı kimi bir sıra məsələlərdə Hökumətlərarası Yol İşçiləri Şurası və digərlərinin fəaliyyətinə kömək göstərməyə davam edəcəyik. Beynəlxalq tranzit daşımalarının qarşısındakı maneələrin aradan qaldırılması və şəffaf tarif siyasəti istiqamətində birgə səylərə xüsusi diqqət yetirəcəyik", - diplomat bildirib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










