Tağı Əhmədovun reklamları Bakı metrosuna qayıdır

Bakı metropoliteni 15 aylıq fasilədən sonra yenidən öz qapılarını çap reklam məhsullarına açıb. Müşahidələr göstərir ki, hələlik kommersiya reklamları platformalarla üzbəüz tunelin divarlarında standart ölçülü lövhələrdə yerləşdirilir. Əvvəlki dövrlərdən fərqli olaraq, indi metroda çap reklam materialının yerləşdirilməsi zamanı reklam şirkətlərinin xidmətindən istifadə olunmur. Bu işlə birbaşa "Bakı Matropoliteni" QSC-nin strukturu məşğul olur. “Reklamlar birbaşa həmin struktur vasitəsilə götürülür. Bu zaman hər hansı reklam şirkətinin vasitəçiliyinə icazə verilmir”- metropolitendən AzadlqRadiosuna deyiblər. Reklam yerləşdirilməsi üçün "Bakı Matropoliteni"nin öz tarifləri var.
Maraqlıdır ki, bu il iyulun 14-də imzalanmış “Reklam haqqında” Qanunda məhz yeraltı nəqliyyat vasitələrində reklam fəaliyyəti tənzimlənmir. Qanunda yalnız ümumi şəkildə nəqliyat vasitələrində reklamdan bəhs edilir. Eyni zamanda, Tarif (qiymət) Şurası yalnız küçə reklamlarının tariflərini tənzimləyir.
Metroda görüntülü və çap reklamları 2014-cü ilin aprelində, metropolitenin o zamankı rəisi Tağı Əhmədov vəzifədən uzaqlaşdırılandan bir ay sonra dayandırılmışdı. O zaman metropolitenin yeni sədri ictimaiyyətə, hətta reklamvericilərə heç nə izah etmədən kommersiya reklamlarının yayımını dayandırmışdı. İndi də Bakı metrosundan reklamların yenidən bərpa edilməsi zərurəti barədə məlumat vermirlər.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










