Taksi sürücüsünə yeddi güllə vurdular

Moskva vilayətində 48 yaşlı azərbaycanlı odlu silahdan qətlə yetirilib.
Avtosfer.az apa-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 30-da Moskva vilayətinin Krasnoqorsk rayonunda günorta saat 11:40 radələrində baş verib.
Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Qurban Mirzə oğlu Batırxanov "MsDonalds" restoranından çıxıb şəxsi avtomobilinə tərəf gedərkən ona taksi yaxınlaşıb. Taksidə olan killer "Makarov" tapançasından Q.Batırxanova 7 dəfə atəş açıb. Sonra taksi hadisə yerindən uzaqlaşıb. Q.Batırxanov hadisə yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Q.Batırxanov qətlə yetirildiyi məkanın yaxınlığında yaşayıb. Onun rəsmi olaraq heç yerdə işləmədiyi, qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Q.Batırxanovun məhz bu fəaliyyətinə görə rəqibləri tərəfindən qətlə yetirildiyi güman olunur.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah gəzdirmə maddələri cinayət işi açılıb, araşdırma aparılır.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












