Taksilər bahalaşacaq? - Hələ başlanğıc mərhələdəyik...

“Limitin tətbiqi yaxın zamanda, yəni sabah və ya bir həftə sonra dərhal təsir göstərməyəcək. Noyabrın 1-dən etibarən kiminsə sürücülük hüququndan məhrum edilməsi və ya taksi sürmək imkanının dayandırılması gözlənilmir”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakı şəhərində taksi icazələrinin sayının tənzimlənməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
Ekspert nəzərə çatdırıb ki, bu proses texniki baxımdan azı 3 ilə qədər vaxt tələb edə bilər:
“Hazırda taksi sürücülərinin əksəriyyətinin bütün sənədləri qaydasındadır. Onlar qeydiyyatdan keçiblər və qanuni şəkildə fəaliyyət göstərirlər. Sənədlərinin müddəti bitmədiyi və ciddi nöqsanları olmadığı halda onların fəaliyyətinə məhdudiyyət qoymaq düzgün olmaz”.
Növbəti mərhələlərdə yeni lisenziyalar və buraxılış kartlarının veriləcəyini deyən müsahibimiz qeyd edib ki, bu zaman təxminən 9 minə yaxın taksi sistemin kənarında qala bilər. E.Muradlı onu da da vurğulayıb ki, onların bir qismi bu işi daimi etmir. Ekspert bildirib ki, həmin şəxslər sadəcə sənədlərini qaydaya salıb, axşamlar və ya həftəsonları əlavə qazanc məqsədilə işləyirlər:
“Bu vəziyyətə yalnız şəhər nəqliyyatı baxımından deyil, həm də sosial aspektdən yanaşmaq lazımdır. Çünki burada işsizlik və gəlir itkisi kimi problemlər yarana bilər. Ona görə də qərarlar verilməzdən əvvəl ciddi analiz aparılmalıdır”.
E.Muradlı hazırda taksometrin quraşdırılmasına xüsusi ehtiyac olmadığını düşünür. O izah edib ki, tətbiqlər üzərindən qiymətlər müəyyənləşir:
“Tələbat artarsa, qiymətlərin bahalaşması da mümkündür. Amma zamanla ictimai nəqliyyatın inkişafı yeni metro stansiyalarının açılması, avtobus parkının yenilənməsi, intervalların azalması nəticəsində taksiyə olan tələbat da təbii şəkildə azala bilər”.
Elmədin Muradlı: Birdən-birə çox sayda sürücünün işsiz qalması arzuolunan deyil
Həmsöhbətimizin fikrincə, bu prosesin konkret hansı nəticələrə gətirib çıxaracağını indidən söyləmək çətindir:
“Hələ başlanğıc mərhələdəyik və yaxın vaxtlarda nələrin baş verəcəyini birlikdə görəcəyik”.
Elməddin Muradlı xatırladıb ki, iki il əvvəl qəbul edilən qərardan sonra 70 minə yaxın taksi sürücüsü yenidən sənədləşdirilib və sertifikatlaşdırılıb. Hazırda bu rəqəm 34 minə düşüb. Bakı üçün 25 min taksi normal hesab olunur:
“Qurumlarla müzakirələr zamanı kvotanı təxminən 30-35 min civarında nəzərdə tuturduq, amma hökumət 25 minin kifayət etdiyini bildirir. Sosial tərəfdən baxanda isə bu qərar müəyyən çətinliklər yarada bilər. Birdən-birə çox sayda sürücünün işsiz qalması arzuolunan deyil”.
Dediyinə görə, təcrübə göstərib ki, bir vaxtlar 70 min sürücü sistemdən çıxsa da, onların yalnız 34 mini iki il ərzində geri dönüb:
“Deməli, bu işi peşə kimi görən, nümunəvi xidmət göstərən və məsuliyyətli sürücülər yenə də sistemdə qalacaq və fəaliyyətlərini davam etdirəcəklər”.(baki.vaxti)
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA
İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur - FOTOSESSİYA
ABŞ-İran məsələsində Azərbaycan və Türkiyə balanslaşdırıcı rol oynaya bilər?- EKSPERT
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?








