Tanınmış həkim koronavirusa görə Milli Məclisin iclaslarının dayandırılmasını təklif etdi

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Milli Məclisin iyunun 23-də nəzərdə tutulan növbədənkənar plenar iclasının ləğvini elmə əsaslanan düzgün addım olduğunu bəyan edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Pravda.az-a açıqlama verən azərbaycanlı həkim xatırladıb ki, koronavirusla bağlı hələ bundan əvvəl də Milli Məclis Aparatının əməkdaşları və deputatlar arasında mütəmadi olaraq testlər aparılıb: "Deputat Sahib Alıyevin COVID-19 virusuna yoluxmasından sonra parlamentin bütün deputatlarının və digər əməkdaşlarının hamısının yenidən testdən keçirilməsi elmi tərəfdən düzgün addımdır və koronavirusla mübarizə çərçivəsində həyata keçirilən müasir strategiyaya uyğundur. Bundan əlavə isə müasir mübarizə strategiyasına görə bütün millət vəkilləriylə yanaşı, eləcə də Milli Məclis Aparatının işçiləri testin cavabından asılı olaraq bir həftə və ya daha çox ev şəraitində karantində qalmalıdırlar. Bu, onların özlərinin və ailələrinin sağlamlığı üçün önəmlidir".
N.Abdullayev hesab edir ki, müasir strategiyaya aid olan və mübarizənin növbəti mərhələsi kimi parlamentin növbədənkənar sessiyasının iclaslarının ümumiyyətlə dayandırılması elmi tərəfdən doğru addım olardı: “Çünki müasir taktikada müəyyən qurumlarda və qruplarda virusun yayılması baş verirsə, bu o deməkdir ki, gələcəkdə də burada virusa yoluxma riski var və mümkün qədər bu qruplaşmanın bir araya gəlməsi ciddi ehtiyac olmazsa ertələnməlidir”.
Tibb elmləri doktoru xatırladıb ki, qapalı məkanlarda koronavirusa yoluxma riski yüksəkdir və əgər belə yerlərdə də yoluxma halları baş verərsə müasir mübarizə strategiyası ilə yanaşma vasitəsi ilə yoluxmaların artmasının qarşısı alına bilər: “Bu istiqamətdə də Milli Məclisdə atılan və ümid edirəm ki, atılacaq addımlar elmi əsasa malikdir və cəmiyyətin virusa inanmayan müəyyən üzvlərinə bu virusa yoluxmanın nə qədər ciddi olmasını bir daha izah edəcək”
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










