Təhqiqatçılara yeni səlahiyyətlər verildi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Məcəlləyə təklif olunan dəyişikliklə təhqiqatçılara yeni səlahiyyətlər verilir. Təhqiqatçı cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutmalıdır. Həmçinin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir.
Öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.Təhqiqatçının hüquqları həmin Məcəllənin 86.4-cü maddəsi ilə müəyyənləşir. Maddənin doqquz bəndində təhqiqatçının hüquqları göstərilib. Həmin maddəyə əsasən, təhqiqatçı şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək hüququna malikdir. Məcəllənin 86.4.2-ci maddəsinə təklif olunan dəyişikliklə, təhqiqatçıya şübhəli şəxsi tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə), üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq hüququ verilir. Bundan əlavə, təhqiqatçıya şəxsi axtarış, şəxsi müayinə, ifadələrini yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi hüququ da verilir.
Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO











