Tələbələrə ŞAD XƏBƏR: Bu məkanlarda xüsusi endirimlər olacaq

“TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Avtosfer.az bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Sənədi mədəniyyət nazirinin müavini Səadət Yusifova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, imzalanmış müqaviləyə əsasən teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib.
Görüş qarşılıqlı fikir doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, layihə çərçivəsində təhsilin bütün pillələri yəni bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələr əhatə olunacaq.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












