Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ

Azərbaycanda və dünyada rəqəmsal ödəniş sistemlərinin istifadəsi sürətlə genişlənir. Bank kartları, mobil bankçılıq tətbiqləri və müxtəlif onlayn ödəniş platformaları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi davamlı olaraq artmaqdadır. Artıq bir çox insan gündəlik alış-verişdən tutmuş kommunal xidmətlərə, internet və mobil rabitə ödənişlərinə qədər geniş spektrdə əməliyyatları nağdsız şəkildə həyata keçirir.
Mövzu ilə əlaqədar iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, rəqəmsal və ya onlayn ödənişlər artıq dünyada geniş yayılıb və bir çox ölkədə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Hətta bəzi inkişaf etmiş ölkələrdə nağd ödənişlərin payı ümumi ticarət dövriyyəsinin cəmi 10–15 faizindən də aşağıdır. Bu isə göstərir ki, dünya getdikcə nağdsız iqtisadiyyata doğru irəliləyir. Azərbaycanda da bu sahədə ciddi inkişaf müşahidə olunur.

“Əvvəlki illərlə müqayisədə rəqəmsal ödənişlərin həcmi xeyli artıb və bu artım davam edir. Xüsusilə pandemiya dövründən sonra insanlar nağdsız ödənişlərə daha çox üstünlük verməyə başlayıblar. Bank kartları, mobil tətbiqlər və onlayn platformalar vasitəsilə ödəniş etmək artıq adi hal alıb. Bu artımın əsas səbəblərindən biri rahatlıq və əlçatanlıqdır. Artıq insanların cibində nağd pul gəzdirməsinə ehtiyac qalmır. Demək olar ki, bütün mağaza, market, kafe və digər ticarət obyektlərində POS-terminallar mövcuddur. Eyni zamanda mobil bankçılıq xidmətləri sayəsində kommunal ödənişləri, internet və mobil rabitə xərclərini, kredit ödənişlərini, hətta dövlət rüsumlarını və cərimələri belə evdən çıxmadan ödəmək mümkündür. Bu da həm vaxta qənaət edir, həm də gündəlik həyatı xeyli asanlaşdırır. Bununla yanaşı, rəqəmsal ödənişlər iqtisadiyyat üçün də mühüm əhəmiyyət daşıyır. Nağdsız əməliyyatların artması maliyyə dövriyyəsinin daha şəffaf olmasına, vergi daxilolmalarının artmasına və kölgə iqtisadiyyatının azalmasına kömək edir. Sahibkarlar üçün də bu sistemlər daha rahat uçot aparmağa və maliyyə axınlarını idarə etməyə imkan yaradır. Digər tərəfdən, rəqəmsal ödənişlərin genişlənməsi bəzi çağırışları da gündəmə gətirir. Xüsusilə kiber təhlükəsizlik məsələləri, şəxsi məlumatların qorunması və texniki nasazlıqlar kimi risklər diqqətdə saxlanılmalıdır. Bunun üçün banklar və müvafiq qurumlar təhlükəsizlik sistemlərini daim təkmilləşdirməli, istifadəçilər isə rəqəmsal savadlılıqlarını artırmalıdırlar. Ümumilikdə, rəqəmsal ödəniş sistemlərinin inkişafı insanların həyatını daha rahat, sürətli və müasir edir. Gözlənilir ki, yaxın illərdə bu sahə daha da genişlənəcək və nağdsız ödənişlər gündəlik həyatımızda üstün mövqeyə sahib olacaq”.
Milli məclisin deputatı Azər Badamovun müsahibəsində vurğulayıb ki, bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib.

“Rəqəmsal ödənişlərin artması iqtisadiyyatın modernləşdiyini, maliyyə infrastrukturunun inkişaf etdiyini və texnologiyaya çıxışın artdığını göstərir. Belə ki, bank xidmətlərinin əlçatanlığı, internet və smartfon istifadəsinin yayılması nağdsız ödənişlərin genişlənməsinə yol açıb. Həm də nağdsız ödənişlərin olunmasının stimullaşdırlması istuiqamətində atılan addımlar nağdsız əməliyyatların kifayət qədər artmasına təsir göstərib. Rəqəmsal ödənişlər kölgə iqtisadiyyatının azalması, vergi yığımlarının artması, maliyyə şəffaflığının yüksəlməsi və biznes əməliyyatlarının sürətlənməsinə töhfə verir. İnsanların nağd puldan uzaqlaşmasının əsas səbəbi rahatlıq, təhlükəsizlik və sürətli ödəniş imkanların yaranması ilə bağlıdır. Artıq cibdə nağd pulun saxlanılmasına ehtiyac qalmır. Çünki kartla və ya mobil tətbiqlə ödəniş etmək həm daha tez, həm də daha praktikdir. Xüsusilə gündəlik xırda ödənişlərdə bu fərq daha çox hiss olunur. Təbii ki, təhlükəsizlik də vacib amillərdəndir. Nağd pul itə və ya oğurlana bilər, halbuki rəqəmsal ödənişlərdə istifadəçi hesabını bloklamaq və ya əməliyyatları izləmək mümkündür. Bu da insanlarda daha çox güvən yaradır. Həm də ölkəmizdə nağdsız ödənişlər təşviq edilir. Belə ki, vergi güzəştləri, “ƏDV-ni Geri al” layihəsinin təbiqi, “cashback” proqramları, POS terminalların genişləndirilməsi kimi addımlar insanları bu istiqamətə yönəldir. Pandemiya dövrü yaşamağımızın da nağdsız ödənişlərə vərdişiliyin formalaşmasına təsiri oldu. Yəni, təmasdan qaçınmaq ehtiyacı insanları rəqəmsal ödənişlərə daha çox yönəltdi və bu vərdiş sonradan da qaldı.Nəhayət, rəqəmsal ekosistemin inkişafı – onlayn alış-veriş, çatdırılma xidmətləri, mobil bankçılıq nağd pula ehtiyacı təbii şəkildə azaldır. Yekun olaraq, rəqəmsal ödənişlərin artması iqtisadi inkişafın mühüm göstəricilərindən biri sayıla bilər. Bu daha çox iqtisadi, texnoloji və institusional dəyişikliklərin birgə nəticəsidir”.
Fatimə Dadaşova
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ








