Taksi parkları sürücüləri istismar edir – EKSPERT - VİDEO

Taksi xidmətləri sahəsində son illər aparılan islahatlara baxmayaraq, sektorda hələ də həllini gözləyən bir sıra problemlər qalmaqdadır. Mütəxəssislər hesab edirlər ki, bu məsələlərin aradan qaldırılması həm xidmət keyfiyyətinin yüksəldilməsinə, həm də sürücülərin hüquqlarının daha etibarlı qorunmasına töhfə verə bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin üzləşdiyi əsas problemlərdən biri qeyri-rəsmi ödənişlərin vaxtında geri qaytarılmaması ilə bağlıdır. Onun sözlərinə görə, bəzi hallarda sürücülərin qazandığı və müxtəlif səbəblərlə platformalarda saxlanılan vəsaitlərin geri ödənilməsi gecikir ki, bu da onların gündəlik fəaliyyətinə və maddi vəziyyətinə mənfi təsir göstərir.
Ekspertin diqqət çəkdiyi digər məqam isə sürücülərin həddindən artıq işləməyə təşviq edilməsidir. O qeyd edib ki, müxtəlif bonus və kampaniya proqramları nəticəsində bəzi sürücülər daha çox gəlir əldə etmək məqsədilə gün ərzində 14-15 saat sükan arxasında qalmağa məcbur olurlar. Bu isə həm sürücülərin sağlamlığı, həm də yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yaradır.
Uzunmüddətli iş rejimi yorğunluğun artmasına, diqqətin zəifləməsinə və nəticədə yol-nəqliyyat hadisələrinin başvermə riskinin yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan, taksi sektorunda əmək və istirahət rejiminə nəzarətin gücləndirilməsi vacib məsələlərdən biridir.
Xarici mənşəli taksi platformalarının tətbiq etdiyi komissiya haqlarına da toxunub. O bildirib ki, bəzi şirkətlər sürücülərin qazancından göstərilən xidmət müqabilində təxminən 20-25 faiz komissiya tutur. Onun fikrincə, bu göstərici kifayət qədər yüksəkdir və sürücülərin yekun gəlirlərinə ciddi təsir göstərir.
Eldəniz Cəfərov hesab edir ki, taksi bazarında fəaliyyət göstərən platformalarla sürücülər arasında münasibətlərin daha şəffaf şəkildə tənzimlənməsi, ödəniş mexanizmlərinin təkmilləşdirilməsi və əmək şəraitinin yaxşılaşdırılması həm xidmət göstərənlərin, həm də sərnişinlərin maraqlarına uyğun olacaq. Onun fikrincə, bu sahədə atılacaq addımlar taksi xidmətlərinin daha dayanıqlı və səmərəli fəaliyyət göstərməsinə imkan verə bilər.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












