Tərtərdə yolların yenidən qurulması diqqət mərkəzindədir

Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Həyata keçirilən layihələr sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda son illərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin Sərəncamlarına və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına əsasən Bərdə-İstisu avtomobil yolunun Tərtər-Bərdə və Tərtər-Şıxarx hissələri, Tərtər-Hindarx, Tərtər-Seydimli-Qaradağlı-Sarov, Bayandur-Poladlı, Cəmilli-Dəmirçilər, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı, Səhləbad-Əskipara-Qarağacı-Qapanlı-Yuxarı Qaradağlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli, həmçinin İsmayılbəyli, Borsunlu avtomobil yolları yenidən qurulub. Tərtərçay və İncəçay üzərində strateji əhəmiyyətli körpülər inşa edilib.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir. (AZƏRTAC)









Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











