“Tesla”nın səhmləri xeyli ucuzlaşdı

“Tesla” şirkəti ötən gün "S & P Dow Jones Indices" komitəsi tərəfindən “S & P 500” indeksinə daxil edilməyəndən sonra səhmləri xeyli ucuzlaşıb.
“Report” xəbər verir ki, bugünkü hərracdan əvvəl (pre-market) şirkətin səhmləri 11 faiz dəyər itirib.
Qeyd edək ki, ötən il “Tesla” 10 dəfə bahalaşıb və bunun mühüm amillərindən biri də elə “S & P 500”ə daxil ediləcəyinə dair sərmayədarların gözləntiləridir. Belə ki, ABŞ bazarının 505 ən böyük, sabit, bahalı şirkətini əhatə edən bu mühüm indeksinə daxil ediləcəyi təqdirdə “Tesla”nın səhmləri bahalaşmağa davam edəcəkdi.
“Standard & Poor’s 500” indeksinə daxil edilən şirkətlər ABŞ-da yerləşməli, azı 8,2 milyard ABŞ dollarılıq bazar dəyərinə, yüksək likvidliyə malik olmalı, yəni səhmlərinin azı yarısı açıq abunə yolu ilə satılmalıdır. Daha bir mühüm şərt dörd rüb dalbadal mənfəət gətirməsidir. Lakin “Tesla”nın hər dörd şərti yerinə yetirməsinə baxmayaraq, “S & P Dow Jones Indices” komitəsi yenə də “Etsy”, “Teradyne”, “Catalent Pharma”ya üstünlük verdi.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











