THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı

Türk Hava Yolları (THY) iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul reysinə əlavə biletləri satışa çıxarıb.
Bunu THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas deyib.
S.İlyasın sözlərinə görə, TK4932/4933 reysləri ilə həyata keçiriləcək uçuşlara əlavə biletlərin satışı yaxın bir neçə saatda başlayacaq:
"İyulun 3-də baş tutacaq TK4932/4933 uçuşumuz üçün təyyarənin daha böyüyü ilə əvəzlənəcək".
Bilet almaq istəyən şəxslərdən aviaşirkətin saytını izləməsi tövsiyə olunur.
Xatırladaq ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. ("Report")
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












