Tibbi maskadan istifadəyə nəzarət gücləndirilir

Gürcüstanda tibbi maskalardan istifadə edilməsinə nəzarət gücləndiriləcək.
Bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili Gürcüstan Qurumlararası Koordininasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, xüsusilə də qapalı ictimai məkanlarda tibbi maskalardan istifadə edilməsinə nəzarət sərtləşdiriləcək.
"Vətəndaşları mümkün qədər qaydalara riayət etməyə çağırırıq. Qaydalara riayət edilməsinə həm polis, həm də əmək müfəttişliyi tərəfindən aktiv şəkildə nəzarət ediləcək", - deyə N. Mezvrişvili bildirib.
Qeyd edək ki, Gürcüstanda son günlərdə epidemioloji durum kəskinləşib və yoluxma hallarının sayı aprel ayınadan etibarən ən yüksək həddə çatıb. Son sutka ərzində ölkədə 44 yeni yoluxma halı qeydə alınıb.
Həmçinin bu gündən Gürcüstanda xroniki xəstəliyi olmayan və simptomları müşahidə edilməyən 18-65 yaşlı koronavirus xəstələri hotellərdə müalicə olunacaqlar. Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib. Onun sözlərinə görə,qərardan sonra xəstələrin bir qisminin Batumi xəstəxanasından köçürülməsinə başlanılıb: "Artıq xəstələr Batumi xəstəxanasından hotelə köçürülür. 65 yaşdan yuxarı xəstələr hotellərə köçürülməyəcək, amma infeksiyaya yoluxması təsdiqlənmiş 18-65 yaş arası şəxslər xroniki xəstəlikləri olmadığı təqdirdə hoteldə müalicə alacaqlar".(APA)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












