Tıxacların yaratdığı dəhşətli xəstəliklər nələrdir? - AÇIQLAMA

Son dövrlər tıxacsız bir günümüz də yoxdur desək, yanılmarıq. Görünən odur ki, problemin səbəbləri geniş, həlli isə uzaqdadır.
Bəs maraqlıdır, hər gün işə gecikməyimizə, töhmət almağımıza səbəb olan tıxacların psixologiyamıza zərərləri nələrdir?
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Psixoloq Elmir Əkbər qeyd edib ki, tıxaclar bütün insanlara ciddi psixoloji əziyyət verir.

"Xüsusilə perfeksionizmə meyilli insanlar tıxaclardan daha çox əziyyət çəkirlər. Bu səbəbdən sonradan onlarda panik ataklar meydana çıxır, şüuraltı olaraq idarəetməni itirdiklərini düşünürlər və çox ciddi təşviş və həyəcan yaşayırlar. Son dövrlər ən geniş yayılmış xəstəliklər - təşviş, həyəcan pozuntusu və panik atakdır. Qeyri-peşəkar insanlar üçün, biz hamımız tıxaclarda əziyyət çəkirik".
Klinik psixoloq Fuad Əsədov da qeyd edib ki, uzun müddət tıxacda qalmağın psixologiyaya bir neçə mənfi təsiri var:

"Ən birincisi, stres və əsəb səviyyəsinin artmasıdır. Tıxacda insanlar hərəkət edə bilmədikləri üçün nəzarəti itirmə təşvişini yaşayırlar. Zaman narahatlığı və gecikmə qorxusu da stresi artıran faktorlardandır. İkincisi, tıxacda aqressivlik və qəzəb artır. Hərəkətsiz vəziyyətdə olmaq digər insanlarla münaqişələrə səbəb olur. Bundan əlavə, insanlar tıxacda qaldıqca özlərini səmərəsiz hiss edirlər ki, bu da motivasiyaya və ümumi psixoloji rifaha mənfi təsir edir. Nəhayət, tıxacda fiziki yorğunluq və təklik hissi də yarana bilər. Uzun müddət eyni pozisiyada oturmaq bədəndə sosial izolyasiya hissini gücləndirir".
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












