TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı keçirilib - FOTO

Qazaxıstanın paytaxtı Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı keçirilib. Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də TRACECA-nın Azərbaycan üzrə milli katibi Fariz Əliyev təmsil edib.
Avtosfer.az bildirir ki, Nazir müavini Cavid Qurbanov çıxışında Azərbaycanın TRACECA-da aktiv iştirakını və təşkilatla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. Həmçinin nəqliyyat-logistika sektorunun inkişafı, tranzit prosedurlarının
sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
İclas çərçivəsində Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb. Sənəd iştirakçı dövlətlərin daşıyıcıları üçün digər üzv ölkələrin ərazilərindən tranzit keçidlər zamanı tələb olunan tranzit icazələrinin sayının azaldılmasına xidmət edəcək. Belə ki, bir tranzit daşınması üzrə bir neçə ölkə üçün ayrıca icazənin alınmasına ehtiyac aradan qaldırılacaq və prosedurlar optimallaşdırılacaq.
TRACECA üzrə əməkdaşlığın genişləndirilməsi və tranzit prosedurlarının sadələşdirilməsi regionda nəqliyyat əlaqələrinin inkişafına, beynəlxalq logistika zəncirlərinin dayanıqlığının artırılmasına və Avropa – Asiya marşrutlarının rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir. Toplantı çərçivəsində Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin baş məsləhətçisi Vüqar Orucov təşkilatın fəaliyyətinə verdiyi töhfəyə görə TRACECA döş nişanı ilə təltif edilib.


“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












