Tramp ABŞ-dakı koronavirus testlərinin sayını açıqladı

ABŞ prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyasının başlanğıcı anından bu günə kimi ölkədə COVID-19-la bağlı 55 milyondan çox test aparılıb.
Bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədəki hesabında yazıb.
"Biz dünyanın istənilən ölkəsindən çox testlər keçiririk, 55 milyondan çox”, - deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.
O, əlavə edib ki, CNN telekanalı testlərin miqdarının artımını tələb edir, amma "hətta yoxlamaların 100 dəfə də artımı telekanal üçün kifayət qədər olmayacaq".
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 4 371 839 yoluxma aşkarlanıb. ABŞ həm də pandemiya qurbanlarının sayına görə dünyada birinci yerdədir. Bu ölkədə 149 849 insan virusdan ölüb. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












