Tramp Zəngəzur dəhlizinin İsveçrə şirkətinə verilməsini təklif edib?

ABŞ Dövlət Departamenti Trampın administrasiyasının Ermənistan və Azərbaycana Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı təklif təqdim etməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Avtosfer.az “Yenisabah.az”a istinadən xəbər verir ki, şərhdə Birləşmiş Ştatların Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi səylərini dəstəklədiyi açıqlanıb.
"Bizim media nəşrləri ilə bağlı paylaşacaq heç bir məlumatımız yoxdur", - Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi qeyd edib.
Bundan əvvəl Karneqi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən qeyd etmişdi ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol ilə bağlı İrəvan və Bakıya təklif təqdim edib.
Bu mənbələrə görə, Amerikanın təklifi Avropa İttifaqının bir neçə il əvvəl yaydığı və 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında razılaşdırılmış plana əsaslanan versiyaya bənzəyir. Onun sözlərinə görə, tərəflər Abxaziya və Cənubi Osetiyanın mübahisəli bölgələrindən keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə verməyi planlaşdırıblar, o da sonradan bütün maraqlı tərəflərə logistika məlumatlarını ötürməyi öhdəsinə götürəcək.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












