Trampın qələbəsi avtomobil sənayesi üçün nə vəd edir?

Rəsmi nəticələr elan olunmasa da, artıq Donald Trampın ABŞ prezidenti seçildiyi hamıya məlumdur. Onun seçkilərdə qalib gəlməsi bazarlara ciddi təsir edib. Bəs Trampın hakimiyyətə gəlişi avtomobil sektoru üçün nə vəd edir?
Avtosfer.az xəbər verir ki, Qərb ekspertləri Trampın hakimiyyətə gəlişinin avtomobil sektoruna təsirsiz ötüşməyəcəyi qənaətindədirlər. Elektromobilə ciddi maraq göstərməyən Trampın bu sahəyə subsidiyanı dayandıracağı ehtimal olunur. Baydenin 3 il əvvəl yaşıl enerjiyə keçidlə bağlı ayırdığı 370 milyard dollar vəsait əsasən elektromobil alışına yönəlmişdi. Məhz bnuna görə bəzi ştatlarda Tesla Model 3-ün qiyməti 20 min dollardan da aşağı düşmüşdü. Növbəti oxşar yardım olmasa elektromobil istehsalçılarınıən satışda çətinliklə üzləşəcəklər.
Trampın ən çox qəzəbinə tuş gələn çinlilərdir. O, seçki kampaniyası vaxtı Çin elektromobillərinə 200% rüsum tətbiq etməyə söz verib. Bununla yanaşı, o, ABŞ-da istehsal quracaq Çin şirkətlərinə qapıların hər zaman açıq olduğunu da deyir. Yəni, prinsip belədir: ABŞ-da istehsal et, ABŞ vətəndaşlarını işlət.
Nəhayət, insanları maraqlandıran əsas məqamlardan biri də iş adamı İlon Maskın taleyidir. Tramp seçiləcəyi təqdirdə onu iqtisadi məsələlərlə məşğul olan hökumət komissiyasına rəhbər gətirəcəyini gizlətmir. Bu səbəbdən Tramp seçilən anda Teslanın səhmləri cəmi 1 seansda 15 faiz bahalaşdı.
Vüqar Yaşaroğlu
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT










