"Trend”in yaranmasından 25 il ötür

Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin (BİA) yaranmasından 25 il ötür.
“Trend” BİA 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. “Trend” 5 dildə - Azərbaycan, türk, ingilis, rus və fars dillərində fəaliyyət göstərir.
Trend BİA-nın nailiyyətlərindən biri də İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabət səviyyəsində çalışmasıdır. 2010-cu ildə "Moody's International" Trend-in beynəlxalq səviyyəli idarəçiliyi olan şirkət qismində statusunu təsdiq etdikdən sonra agentlik nüfuzlu məlumat bazalarına çıxış əldə edib və bunun nəticəsi olaraq bu gün agentliyin yüzlərlə xəbəri transmilli mediada təkrar dərc olunur.
Trend qlobal informasiya məkanında inkişafa doğru beynəlxalq strategiyasını həyata keçirməyə davam edir. Trend-in törəmə fransızdilli layihəsi, Parisdə yerləşən lagazette.fr internet-qəzeti artıq Fransada fəaliyyətə başlayıb. Bundan əlavə, yaxın gələcəkdə oxşar layihələrin digər Avropa ölkələrində də inkişafı planlaşdırılır.
Avtosfer.az kollektivi, "Trend" BİA-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












