Türkiyə aviabiletlərin qiymətini endirdi

Türkiyə Hava Yolları (THY) Rusiyanın əsas hava yolları şirkəti olan "Aeroflot"dan fərqli olaraq bilet satışının qiymətini endirib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, bununla Türkiyə tərəfi sərnişin sayının aşağı enməsinin qarşısını almağı planlaşdırır. Rusiya ilə Türkiyə arasında yaranan gərgin vəziyyət səbəbindən gün ərzində 4 dəfə yola düşən İstanbul - Moskva reysi 3-ə enib. THY ilə Moskvadan İstanbul vasitəsilə uçan bir sərnişinin bileti "Aeroloft"dan daha ucuz qiymətə başa gəlir. Buna görə də, Rusiya səfərlərində sərnişinlər ölkələrindən birbaşa səyahət etmək yerinə THY ilə İstanbul vasitəsilə səfər etməyə üstünlük verirlər. Moskvadan İstanbul vasitəsilə Londona uçan bir sərnişin bileti 755 TL-dirsə, "Aeroloft"da bu qiymət 1450 TL-yə başa gəlir. Bundan bir qədər öncə Türkiyə hökuməti turizm şirkətlərinə kredit yardımı dəstək paketi layihəsini irəli sürüb. Bu layihənin təşkil edilməsinin əsas məqsədi isə Rusiyadan bu ölkəyə gələn 3 milyon turist sayının 1 milyonunu konpensasiya etməkdir. Turizm üzrə mütəxəssis Orhan Sancar dövlət dəstəyi sayəsində təyyarə biletlərinin qiymətinin 30-40 dollar aşağı düşəcəyini bildirib. Onun sözlərinə görə, bir nəfər üçün bilet qiymətlərinin bu qədər enməsi, ailəbaşına ortalama 150-200 dollar endirim deməkdir.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arsında vəziyyətin gərginləşməsinin səbəbi Rusiyaya məxsus Su24 təyyarəsinin Türkiyə sərhədlərini pozması nəticəsində Türkiyə tərəfindən vurulması olub. Bu hadisədən sonra Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI










