Türkiyə KİV-lərində Azərbaycanla bağlı materiallara geniş yer ayrılır - FOTO

Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri və bunun fəsadları, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə tutarlı cavab verməsi, xarici ölkələrdə ordumuza dəstək aksiyaları, erməni vandalların soydaşlarımıza hücumları, Azərbaycan-Türkiyə əlaqələri və digər məsələlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusu olmaqda davam edir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri qardaş ölkə KİV-lərində Azərbaycan mövzusunu daha da aktuallaşdırıb.
Anadolu və İHA xəbər agentlikləri, TRT HABER, A HABER, TRT AVAZ, HABER TÜRK, CNN TÜRK, BENGÜ TÜRK telekanalları, “Takvim”, “Yeni çağ”, “Yeşil İğdır”, “15 Temmuz”, “Milliyet”, “Sabah” qəzetləri, eləcə də əyalətlərdə fəaliyyət göstərən çoxsaylı nəşrlər qeyd olunan mövzularla bağlı Türkiyə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Yayılan informasiyalarda, analitik yazılarda mövzuya dair foto və videolar da yer alır. (Trend)










Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











