Türkiyədə turistlər üçün pandemiya sığortası qüvvəyə minəcək

Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVID-19 sığortası qüvvəyə minəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy turizmdə koronavirusa qarşı tədbirləri ehtiva edən “Yenidən kəşf et” konsepsiyası çərçivəsində Antalyada 50 ölkənin səfirlərilə görüşü zamanı bildirib.
Yeni sığorta paketlərinin internetlə satılacağını qeyd edən nazir deyib:
“Sığorta sistemi çox sadə və əmsallarla müqayisədə xeyli cazibəlidir. 2 min avro ilə 7 min avro arasında limitləri var. Çox ucuz sığorta paketləri də ala bilərsiniz, 13 avro, 15 avro. Bir qədər xərcə girərək 23 avroluq sığorta rəsmiləşdirərək də 7 000 avroyadək həftəlik yerləşmələr üçün müalicə limit sığortası etdirə bilərsiniz. Bəzi ölkələrdə sığorta pandemiya üzündən işləmir və biz də ən kiçik risk belə qalmasın deyə bu sistemi işə salırıq”.
Almaniya hökumətinin Türkiyə də daxil olmaqla bəzi ölkələrə səyahət məhdudiyyəti gətirməsini şərh edən türkiyəli nazir bunun koronavirusun ikinci dalğası ilə əlaqədar olduğunu güman edərək əlavə edib:
"Avropalılar Türkiyədə istirahət etmək üçün darıxırlar. Yaxın bir həftə - 10 gündə müsbət dəyişikliklər gözləyirik".
Xatırladaq ki, Türkiyə hökuməti bu il iyunun 11-dən əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verib.
Yeni avtomobil körpüləri inşa olunacaq - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
Hörmüz boğazında artan gərginlik Azərbaycanın ixrac sektoruna necə təsir edəcək? - POLİTOLOQ
Çirkli kondisioner allergiya və astmaya səbəb ola bilər
Ələtə açılan yeni ekspres marşrutun üstünlükləri nələrdir? – Ekspert AÇIQLADI
Bakının bu küçəsi piyadalaşdırıla bilər - TƏKLİF
Problemli kreditlərlə bağlı mexanizmlərdə nələr dəyişəcək? - AÇIQLAMA
Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır – Bu ərazidə yaşayanlara şad xəbər
Hansı halda telefonla danışan sürücü cərimələnməyə bilər? - EKSPERT
Təzəcə təmir olunan hasar niyə yenidən üzlənir? - ŞİKAYƏT
Azərbaycanın əsas dəmir yolu xətti müasirləşdirilir – Yeni mərhələ
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO










