Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb - FOTO

“Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunda iştirak edəcək Türkiyə, İraq və Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Avtosfer.az xəbər verir ki, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və media təmsilçilərindən ibarət heyətin azad olunmuş ərazilərə səfəri də nəzərdə tutulub.
Məlumata görə, qonaqlar martın 15-də Xankəndidə Qarabağ Universitetinin müəlim və tələbələri ilə görüşəcək, martın 16-da Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.
Martın 18-də isə Bakıda ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Martın 19-dək davam edəcək səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Türkiyə, İraq və Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI













