Üç nəfərin ölümünə səbəb olan sürücüyə 9 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümünə səbəb olan sürücü Zabit Mayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Zabit Mayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il Buzovna-Maştağa yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.
Qəza nəticəsində R.Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z. Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












