Ucuz "makler evləri"nə aldanmayın - AÇIQLAMA

Bugün elan saytlarında kifayət qədər ucuz fərdi yaşayış evlərinə rast gəlmək mümkündür.
Bu cür evlər alıcılarının diqqətini çəksə də, sonradan yaşanan problemlərdən əksəriyyət məlumatlı deyil.
“Makler evləri” alarkən nələrə diqqət edilməlidir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a əmlak eksperti Elnur Azadov açıqlama verib.
Ekspert qeyd edib ki, mənzil alarkən daha çox onun bünövrə hissəsinə və divarların qalınlığına diqqət yetirmək lazımdır.
“Abşeron ərazisində yerləşən həyət evlərinin bir çoxu bataqlıq ərazilər olub, hal-hazırda da həmin ərazilərdə tikilən fərdi yaşayış evləri müəyyən vaxtdan sonra deformasiyaya uğrayır və divarlarında çatlar əmələ gəlir. Ona görə də, həyət evi alarkən ilk növbədə sənədləşmə qaydalarına riayət etməli, təmirin keyfiyyətinə görə mütəxəssislərdən rəy almalıdırlar”.
Ekspert əlavə edib ki, 100 kvadratmetr ev tikmək üçün təxminən 60 min manat pul lazımdır, amma elan saytlarında bu ölçüdə olan makler evləri 40-45 min manatdan başlayır.
“Vətəndaş ev alarkən mütləq hüquqşünaslara, mütəxəssislərə müraciət etməli və ya həmin əmlakın sənədlərini notariusa təqdim edib baxış keçirtməlidir. Belə evlərinin ucuz olmasının digər səbəbi isə əmlakın çıxarışının olmamasıdır”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










