Ukraynalı məşhur pilot öldürüldü - FOTO

Rusiyanın Ukraynaya təcavüzünün ikinci ayı keçdiyi bir vaxtda Ukraynada müqavimət simvoluna çevrilən və 40 rus təyyarəsini vurduğu iddia edilən “Kiyev Kabusu” ləqəbli sirli qırıcı pilotun öldürüldüyü açıqlanıb.
"Unikal" xəbər verir ki, bir uşaq atası olan 29 yaşlı mayor Stepan Tarabalka MiQ-29-la düşmən qüvvələri ilə döyüşərkən vurulması nəticəsində həlak olub.
Ukrayna mənbələri bu gün Britaniyanın "The Times" qəzetinə qırıcı pilotun kimliyini və ölümünü təsdiqləyib.
Ukrayna hökuməti “Kiyev Kabusu”nun görüntülərini paylaşaraq, onun işğalın ilk günlərində 40-dan çox Rusiya təyyarəsini vurduğunu iddia edib. Ukraynalıların müqavimət simvoluna çevrilən pilotun ölümü ölkədə də kədər yaradıb. Sosial media hesabında bir çox insan "Kiyev Kabusu"na öz təşəkkürünü bildirib.

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












