ÜST 11 ölkəni “risk qrupu”na aid etdi - Siyahıda Azərbaycan da var

Avropada karantin rejimini yumşaldan 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunur.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge açıqlama verib. O, Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu deyib.
“Son 2 həftədə 30 ölkədə yoluxma hallarının sürətlə artması müşahidə olunur. 11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbirlər görülməzsə, Avropa səhiyyə sistemini dağıtmaq təhlükəsi qarşısında qoya bilər”.
ÜST təhlükə zonasında olan 11 ölkənin Ermənistan, İsveç, Şimali Makedoniya, Qazaxıstan, Albaniya, Bosniya və Hersoqovina, Qırğızıstan, Ukrayna, Kosovo və Azərbaycan olduğunu açıqlayıb. ÜST Almaniya və Portuqaliyada təkrar yoluxma hallarından narahatlıq ifadə edib. Digər tərəfdən, Polşa, İspaniya və İsraili virusa operativ reaksiya verdiyi üçün alqışlayıb.
Epidemioloqlar Braziliya, ABŞ və Avstraliya kimi ölkələrdə qışın gəlişi ilə virusla bağlı situasiyanın gərginləşməsindən narahatlıq ifadə ediblər.
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO











