ÜST-ün karantin rejimlərinin ləğvi ilə bağlı açıqlaması təhrif edilib

Son günlərdə ölkə mətbuatında karantin rejiminin ləğvi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid olduğu iddia edilən açıqlama yayılıb.
Məsələni araşdırmaq məqsədi ilə ÜST-ün Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə ilə əlaqə saxlamışıq.
F.Bünyadzadə deyib ki, mətbautda yayılan açıqlama təhrifə uğrayıb: “Bu, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhovenin hələ avqustun 1-də “Telegraph”a verdiyi müsahibəsindən götürülüb. Lakin onun fikirləri təhrif edilib”.
O qeyd edib ki, müsahibədə karantin rejiminin ləğvindən bəhs edilməyib:
“Müsahibədə karantin rejiminin tətbiqinin yolverilməz və ya ləğvi ilə bağlı hər hansısa fikir mövcud deyil. O, sərt karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib. Onun sözlərinə görə, bunun keçmişdə tətbiq edilməsi yoluxmanın qarşısını almaq üçün olub. Maria van Kerkhove sadəcə karantin rejiminə bir daha ehtiyac olmayacağına ümid etdiyini bildirib”.
Qeyd edək ki, Maria van Kerkhove “Telegraph”a müsahibəsində bir sıra ölkələrdə tətbiq edilən sərt karantin rejiminin ictimai səhiyyə infrastrukturunu yaratmaq üçün vaxt qazandırdığını bildirib. O qeyd edib ki, sağlamlığa dəyən ziyan, sosial və iqtisadi fəsadlardan dolayı ümumölkə karantin rejimi yerinə lokal karantin tədbirlərinin keçirilməsini tövsiyə edib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












