Usta evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurladı

Şamaxı rayonunda mənzildən oğurluq edən şəxs tutulub. Şamaxı şəhəri, H. Cavid küçəsi ev 19A, mənzil 2 ünvanında yaşayan Mamedzadə Mustafa Surxay oğlu rayon polis şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 14 650 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs, Ağdam rayonunun Muradbəyli kəndindən olan məcburi köçkün, Şamaxıda yataqxanada məskunlaşan, 1995-ci il təvəllüdlü Nağıyev Ruslan Sərdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, usta kimi həmin evdə istilik sistemini təmir edərkən yataq otağından qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











