Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?

Azərbaycanda COVİD-19-a qarşı peyvəndləmə prosesi yeni başladığı üçün vaksin vurdurduqdan sonra xarici ölkəyə gedən səyahətçilərin sayı çox azdır.
Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, koronavirusa qarşı peyvəndləmə dünyanın bir çox ölkəsində sürətlə həyata keçirilir. Bir neçə ölkə turistləri qəbul etməyə razılıq bildirsə də, bu hal tamamlanmış peyvənd vurduran şəxslərə və ya uçuşdan 48 saatdan az olmaq şərtilə COVİD-19-a qarşı neqativ test nəticəsi olanlara şamil olunur:
"Mövcud vəziyyətdə Azərbaycanda yalnız neqativ testləri olan şəxslər səyahət etmək imkanına malikdirlər. Lakin səyahət üçün ölkələrin sayı da çox azdır. Bir çox ölkələrin sərhədləri hələ də bağlı olaraq qalır. Belə görünür ki, bu hal bir müddət davam edəcək".
Bir ildir ki davam edən pandemiyanın turizm sahəsini çətinliklərlə üzləşdirdiyini deyən G.Qəhrəmanov hesab edir ki, peyvəndləmə ölkələrdə nə qədər sürətlə həyata keçirilərsə və daha çox kütləni əhatə edərsə, ölkələrin sərhədləri də bir o qədər tez açıla bilər.
Peyvəndləmə yeni başladığı üçün iki ardıcıl peyvənd olunan insanların sayı azdır, ona görə bu qrup səyahət edənlərin sayı da çox aşağıdır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












