Vasif Talıbov ev və maşın verdi - FOTO

Bu gün Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması və tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır. 2015-ci ildə 349 sağlamlıq imkanları məhdud şəxs protez-ortopedik xidmət və 390 nəfər texniki bərpa vasitələri ilə təmin olunub. İl ərzində 189 nəfər müxtəlif sanatoriya və pansionatlara, 18 nəfər xarici ölkələrə müalicəyə göndərilib, 657 nəfər Əlillərin Bərpa Mərkəzində müalicə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün Azərbaycan dövləti sağlamlıq imkanları məhdud şəxslərə, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Bu kateqoriyadan olan insanların mənzil və avtomobillə təmin olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Emin
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO










