Vətən müharibəsi qazisi polis tərəfindən döyülüb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Elvin Alıyevin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Avtosfer.az-a bildirb ki, E. Alıyevin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi döyülməsi və qazinin xəsarət alması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:
"Məlumat üçün qeyd edim ki, noyabr ayının 12-də Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları icraatda olan araşdırma ilə bağlı rayon sakini Mustafa Qurbanovu şöbəyə dəvət edən zaman qonşuluqda yaşayan Elvin Alıyev polis əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməyə mane olub, nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətddə pozub.
Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Elvin Alıyev müharibə zamanı xəsarət aldığı üçün esterik və epileptik tutmalardan əziyyət çəkir və bu hallar onda tez-tez baş verir. Odur ki, qazinin xəstəxanaya müraciət etməsi polis əməkdaşının onun vurması ilə bağlı deyil, qeyd edilən tutmaların nəticəsidir".
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











