Vətən müharibəsi veteranını vurub qaçan sürücü SAXLANILDI

Daxili İşlər Nazirliyi Vətən müharibəsi iştirakçısını avtomobillə vuran şəxsi saxlayıb. Bu barədə modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, hadisə iyulun 11-də, 23:00 radələrində qeydə alınıb: “Həmin vaxt Elvin Tağıyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə Suraxanı rayonunun Bülbülə qəsəbəsində hərəkətdə olarkən, maşını qəfildən nasaz vəziyyətə düşüb. Bu səbəbdən o maşını saxlayaraq, yerə enib. Eyni vaxtda markasını bilmədiyi avtomobil tərəfindən vurulub. Nəticədə Elvin Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
DİN rəsmisi bildirib ki, dərhal Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tərdbiləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb:
“Hadisəni Şabran rayon sakini Asəf Aslanov idarə etdiyi “KAMAZ” markalı avtomobillə törətdiyi məlum olub. O, iyulun 14-də şübhəli şəxs qismində tutulub. Hazırda Suraxanı Rayonu Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri başlanılıb və istintaq aparılır”.
Xatırladaq edək ki, 11 iyul axşam saatlarında 1998-ci il təvəllüdlü Elvin Alik oğlu Tağızadə yol-nəqliyyat hadisəsində ağır yaralanıb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.
Hər iki ayağında qırıqlar meydana gəlmiş zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Qaziyə ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi “Bakı Sağlamlıq Mərkəzi”ndə davam etdirilir.
Qeyd edək ki, Elvin Tağızadə İkinci Qarabağ müharibəsi iştirakçısıdır və “Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












