Vətən müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapılıb - FOTO

Vətən müharibəsində itkin düşən hərbçinin nəşi doğulduğu Neftçala rayonuna gətirilib.
Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib.
Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.
Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Valideynlərinin istəyi ilə şəhid Ə.Quliyevin nəşi bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də təlimlərə qoşulub. Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilib. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub.
Allah rəhmət eləsin!


Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












