Vətəndaşlar bu qurumların Çağrı Mərkəzlərindən narazıdır

MTM (Media Təhlil Mərkəzi) dövlət və özəl qurumların Çağrı Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.
Avtosfer.az xəbər verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb. Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib. Sorğuda ən yüksək balı Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Energetika, Xarici İşlər, İqtisadiyyat, Təhsil və Rəqəmsal İnkişaf və Nəqliyyat, digər nazirliklər, eləcə də Baş Prokurorluq, Dövlət Gömrük, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “AzərEnerji” ASC, Kiçik və Orta biznesin inkişafı Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC alıb. Belə ki, bu qurumların fəaliyyəti onballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Bildirilir ki, qurumlar zənglərə operativ cavab verir və zərurət olduqda isə müraciətlər (problemlər) nəzarətə götürülür. Sorğuda dörd qurumun Çağrı Mərkəzinin fəaliyyətinə isə ən aşağı bal (0-2) verilib. Bunlar Müdafiə Nazirliyi (Xətt daim məşğuldur və çalışmır), Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri işləmir), "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC (ASC-yə məxsus əlaqə nömrələri fəaliyyət göstərmir), Ombudsman (Çağrı Mərkəzinin nömrəsi işləmir) və Mədəniyyət Nazirliyidir (Qaynar xətt xidməti fəaliyyət göstərmir).
Sorğunun nəticələri ilə daha ətraflı bu linkdən tanış ola bilərsiniz.
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











