“Vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdırlar” - Deputat

“Vətəndaşların çarəsiz durumuna, bu istidə evə məcburiyyət qarşısında qapanmalarına, xəstəliyin də bir yandan canlar almasına, həkimlərin fədakarlıq və əziyyətlərinə, hökumətin vəziyyətdən çıxmaq üçün yollar axtarmasına, insanların sosial vəziyyətinin ağırlaşmasına çox üzülürəm”. Bu sözləri millət vəkili Razi Nurullayev deyib. “İndi bu işlərin sonu nə olacaq axı?” deyən deputat, “vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdırlar” deyə bildirib: “O qədər vətəndaş var ki, kredit üzündən təzyiq və təhdidlə qarşılaşdıqlarını deyirlər. Çox çətinliklər var. Dövlətin bütün gücünü, resursunu vətəndaşların sağlamlığına, sosial güzəranının yaxşılaşmasına sərf etmək üçün yeni mənbələr lazımdır. Əlavə ehtiyatlarımız nə varsa, gərək cəlb edək.
Həkimlərimiz belə həyatlarını itirirlər, yoluxurlar, ailələrindən təcrid olunmuş yaşayırlar. Çox həkimlə ünsiyyətim olur. Onlar deyir ki, onlara vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var. Həyatlarını risqə atan həkimlərə sosial yanaşma olmalıdır”.
Razi Nurullayev vurğulayıb ki, gərək həkimlərin aldıqları əmək haqqı və sosial güzəştləri, mükafatları etdikləri risqə adekvat olsun: “Amma, onların ciddi narazılığı var, həkimlərin vəkil etdikləri nümayəndələri qəbul edib dinləmək lazımdır. Mən həkimlərlə belə bir canlı onlayn konfrans keçirmək niyyətindəyəm ki, cəmiyyət onları dinləsin və aidiyyatı orqanlar da gərəkən addımları atsınlar. Allah xalqımızı qorusun!”. (Modern.az )
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












