Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO

Bakıda keçirilən Ümumdümya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində paytaxtda xeyli qonaq gəlib. Onların tədbur barədə təəssüratları cəmiyyəti maraqlandıran əsas mövzuya çevrilib.
Vyana əyalətinin türk əsilli millət vəkili Aslıhan Bozatemur Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bildirib.
Avtosfet.az-a müsahibəsində o qeyd edib ki, Azərbaycanda belə mötəbər tədbirlərin keçirilməsi onu həm türk əsilli siyasətçi, həm də Avropada yaşayan bir şəxs kimi qürurlandırır:
“Azərbaycanın belə təşkilatlara ev sahibliyi etməsi bizləri çox sevindirir. Türk kökənli biri olaraq bununla qürur duyuram”.
Deputat tədbirin başlanğıcında hava şəraiti ilə bağlı müəyyən çətinliklərin yaşandığını desə də, bunun ümumi atmosferə mənfi təsir etmədiyini vurğulayıb:
“Çox möhtəşəm başlanğıc olmadı, hava şəraiti müəyyən problemlər yaratdı. Amma bu cür hallar ola bilər. Bu gün tədbir çox gözəl şəkildə başladı və biz də bundan məmnunuq”.

Aslıhan Bozatemur tədbirdə çıxışçı kimi iştirak edəcəyini də bildirib. Onun sözlərinə görə, sabah keçiriləcək paneldə Vyanada mənzil təminatı (“housing”) sahəsində həyata keçirilən siyasi addımlar barədə danışacaq.
O, Azərbaycanın qlobal arenada inkişaf etdiyini düşündüyünü bildirib:
“Bu tədbirin Azərbaycanın beynəlxalq nüfuzuna mühüm töhfə verəcəyinə inanıram. Biz türk kökənlilər olaraq Azərbaycanın inkişaf etdiyini görürük və görmək də istəyirik. Region çətin və həssas coğrafiyadır. Dünyanın müxtəlif yerlərində müharibələr, iqtisadi və ekoloji problemlər yaşanır. Buna baxmayaraq, Azərbaycanın imkanları daxilində irəlilədiyinə inanıram”.
Parlament nümayəndəsi Aslıhan xanım insanların rahat və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsinin vacibliyini də vurğulayıb:
“İnsanların rahat, huzurlu və təhlükəsiz yaşaması üçün çalışmaq lazımdır. Mənzil siyasətində əsas məqsəd insanların xoşbəxt həyat şəraitinə sahib olmasıdır”.
Aslıhan Bozatemur Azərbaycanda gələcəkdə də beynəlxalq tədbirlərin keçiriləcəyinə inandığını deyib:
“Prezidentin çıxışından da hiss olunur ki, gələcəkdə də belə böyük tədbirlər keçiriləcək. Böyük beynəlxalq təşkilatlara ev sahibliyi etmiş bir ölkənin və Bakının yenidən belə tədbirlər keçirməməsi üçün heç bir səbəb yoxdur. Şəhərin bunun üçün böyük potensialı var”.
Eltac
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












