"WhatsApp"ın yaradıcısı istifadəçiləri belə aldadıb - Durov “nəhəng fırıldağ”dan danışdı

"Telegram"ın yaradıcısı Pavel Durov öz kanalında "WhatsApp"dakı şifrələmənin "nəhəng bir yalan" olduğunu yazıb. Avtpsfer.az xəbər verir ki, biznesmen bu fikri Texas ştatının "WhatsApp"ı istifadəçilərin məlumatlarının məxfiliyi ilə bağlı aldatdığı üçün məhkəməyə verməsi xəbərinə münasibət bildirərkən qeyd edib.
"İndi WhatsApp-ın yaradıcısının 'istifadəçilərimin məxfiliyini satıram' dedikdə nəyi nəzərdə tutduğunu başa düşürük", - deyə Durov bildirib və istifadəçiləri "Telegram"a keçməyə çağırıb.
Daha əvvəl Texasın baş prokuroru Ken Pakston ştatın "Meta" şirkətini və "WhatsApp"ı yazışmaların şifrələnməsi ilə bağlı istifadəçiləri aldatdıqları üçün məhkəməyə verdiyini açıqlayıb. İddiaya görə, şirkətlər müştərilərə mesajlarının tam şifrələndiyinə dair yalan vəd veriblər, halbuki əslində messencerdəki demək olar ki, bütün şəxsi yazışmalara çıxışları var.
Pakston vurğulayıb ki, "WhatsApp" təhlükəsiz və qapalı messencer kimi reklam olunsa da, bu vədləri yerinə yetirmir.(publika.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












