WUF13 üçün 480 taksi cəlb edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) Tədbiri ilə bağlı daşımalara 150 ədəd “Bakı Taksi” xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat zonası və “Koroğlu” NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri “Terminal 2”nin qarşısında təyin edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.
Tədbir iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir. Daşımalar əsasən elektrikli avtobuslarla həyata keçirilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












