Xaçmazda silah-sursat aşkar olunub - FOTO

Xaçmaz rayonunda silah-sursat aşkar olunub. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Niyazabad kəndi ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, 7 ədəd 12.7 mm-lik və 14.5mm-lik patronlar aşkar olunub.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Namiq Musayev


Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












